SOSİAL MEDİA
“Whatsapp”-da səsli mesajların yazılması zamanı fasilə etmək mümkün olacaq – YENİLİK

“Whatsapp” çoxdan gözlənilən funksiyanı işə salır.
KAİM.az xəbər verir ki, artıq səsli mesajların yazılması zamanı fasilə etmək mümkün olacaq. Belə ki, tezliklə messencerin çat interfeysində səsli mesajların yazılması zamanı “fasilə” və “davam” düyməsi görünəcək.
İstifadəçilər səsi həmsöhbətə göndərməzdən əvvəl həm onu dinləyə, həm də silə biləcəklər.
Loading...
Yazının davamı reklamdan sonra
Hazırda “iOS”da beta versiyası üçün əlçatan olan yenilik tezliklə “Android” üçün sınaq versiyalarında görünəcək.