Top.Mail.Ru

SOSİAL MEDİA

Monteneqro və Bosniya mediasında 20 Yanvar faciəsindən BƏHS EDİLİB

Monteneqronun və Bosniyanın bir sıra xəbər portallarında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş məqalələr yayımlanıb.

 Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin xüsusi məsləhətçisi Böjidar Proroçiçin qələmə aldığı məqalədə sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətdən bəhs edilib. “Həmin gün sovet ordusu Azərbaycanın ərazi bütövlüyünün posulmasına etiraz etmək, azadlıq, müstəqillik və suverenlik ideallarının dəstəklənməsi naminə küçələrə axışan insanları cəzalandırmaq üçün paytaxt Bakıya hücum etdi. Cinayətlər nəticəsində 147 dinc sakin həlak oldu, 740-dan çox insan yaralandı, yüzlərlə insan həbs edildi. Həlak olanlar arasında uşaqlar, qadınlar və qocalar, eləcə də Bakının müxtəlif millətlərdən olan digər mülki sakinləri də vardı. Bu qətliam Azərbaycan tarixinə “Qara Yanvar” kimi düşüb”, – deyə müəllif yazıb.

Qeyd edilib ki, sovet ordusu Qazaxıstan (1986), Gürcüstan (1989), Azərbaycan (1990) və Litvaya (1991) hərbi təcavüz edib, sovet vətəndaşlarını qətlə yetirsə də, indiyədək insanlığa zidd bu cinayətlərə görə SSRİ rəhbərliyindən heç kim məsuliyyətə cəlb olunmayıb. Qanlı Yanvar hadisələrinin Azərbaycan xalqının əzmkarlığını sarsıda bilmədiyinə, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərqərar etdiyinə diqqət cəlb edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin sədri Seyran Mirzəzadənin təşəbbüsü ilə dərc olunmuş məqalələri aşağıdakı linklərdən oxumaq mümkündür:

http://crnogorskiportal.me/sadrzaj/7027

http://bosnjaci.net/prilog.php?pid=74911

https://magazin.sandzak.com/2022/01/19/32-godisnjica-crnog-januara-u-azerbejdzanu/

https://dijasporabih.com/32-godisnjica-crnog-januara-u-azerbejdzanu/

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button