Top.Mail.Ru
SOSİAL MEDİA

“Facebook” Rusiya dövlət KİV-nin reklamlarını qadağan edəcək

“Facebook” sosial şəbəkəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar öz platformasında Rusiya dövlət KİV-nin reklam və monetizasiyanı qadağan edir.

KAİM.az xəbər verir ki, bu barədə “Facebook”un kibertəhlükəsizlik departamentinin rəhbəri Nataniel Qleyxer tviterdə yazıb.

Onun sözlərinə görə, “Facebook” Ukraynadakı vəziyyəti diqqətlə izləyir.

“Biz indi Rusiyanın dövlət KİV-nə dünyanın istənilən yerində bizim platformamızda reklam və ya monetizasiyanı qadağan edirik”, – o bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button