Top.Mail.Ru
SOSİAL MEDİA

Apple və Google Rusiyadakı xidmətlərini bağlamağa başlayır

Rusiyanın Ukraynaya hücumuna görə texnologiya dünyasından sanksiyalar gəlməyə başlayıb.

KAİM.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı sanksiyalara məruz qalan Rusiya banklarının müştərilərinin Apple və Google Pay-dən istifadə edə bilməyəcəklərini açıqlayıb.

Rusiyanın beş böyük bankının beynəlxalq əməliyyatları digər ölkələrin sanksiyaları səbəbindən məhdudlaşdırılıb. Bu bankların müştəriləri bundan sonra kartlarından xaricdə istifadə edə bilməyəcək, hətta sanksiya tətbiq olunan ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərə onlayn ödənişlər də edə bilməyəcəklər.

Qeyd edək ki, mövzu ilə bağlı edilən açıqlamada bu vəziyyətdən təsirlənən bankların VTB Qrup, Sovcombank, Novikombank, Promsvyazbank və Otkritie olduğu paylaşılıb.

Rusiya Mərkəzi Bankı həmçinin bildirir ki, bu beş bank tərəfindən buraxılan kartlar artıq Apple Pay və ya Google Pay ilə işləmir, çünki hər iki platforma ABŞ-da yerləşir.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button