Top.Mail.Ru
SOSİAL MEDİA

“Facebook”dan QƏRAR – Rusiyaya qarşı nifrət dolu çıxışların yayımlanacağı AÇIQLANDI

“Instagram” və “Facebook” sosial media platformalarının ana şirkəti olan “Meta” Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən ruslara və müharibədə iştirak edən rus əsgərlərinə qarşı zorakılıq mesajlarına icazə verib və qadağa üçün qaydalarını dəyişib.

KAİM.az xəbər verir ki, “Meta” Kommunikasiya Direktoru Endi Stoun verdiyi yazılı açıqlamada Rusiyanın Ukraynaya təcavüzü nəticəsində “rus hərbçilərinə ölüm” kimi normal qaydaları pozacaq zorakı siyasi ifadə formalarına müvəqqəti icazə verildiyini açıqlayıb.

Bununla yanaşı, “Meta” Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putinə ölüm çağırışlı və Ukrayna işğalını dəstəkləyən rusları hədəf alan məzmunlu paylaşımlar bir müddət bloklanmayacaq.

Qeyd edək ki, Rusiyada başda “Facebook” və “Twitter” olmaqla bir çox sosial media platformalarının istifadəsi bloklanıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button