Top.Mail.Ru
SOSİAL MEDİA

Rusiyada “İnstagram”ın əvəzinə yeni tətbiq YARADILDI – “ROSSAGRAM”

Martın 14-də “Instagram”-a giriş bloklandıqdan sonra rusiyalı texnoloji sahibkarlar ölkədə istifadə üçün yerli foto paylaşma tətbiqi ərsəyə gətirib.

KAİM.az sözügedən layihənin rəsmi internet saytına istinadən xəbər verir ki, “Rossgram” kimi tanınan yeni tətbiq martın 28-də fəaliyyətə başlayacaq.

Sözügedən tətbiqdə vəsait toplama funksiyası və müəyyən məzmuna ödənişli giriş kimi funksiyalar olacaq. Tətbiq Android və iOS sistemləri ilə istifadə edilə biləcək.

“Instagram” hesabından məlumatlar “Rossgram” hesabına da ötürülə biləcək. Proqram əvvəlcə aparıcı bloggerlər, sponsorlar və investorlar üçün əlçatan olacaq. Adi istifadəçilər tətbiqə aprel ayında daxil ola biləcəklər.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button