Top.Mail.Ru
SOSİAL MEDİA

“Instagram”da hekayələrə səsli şərh vermək mümkün olacaq

Tətbiq proqramlaşdırıcısı Alessandro Paluzzi “Instagram”ın yeni funksiya üzərində işlədiyini bildirib.

Onun sözlərinə görə, tətbiq bu yaxınlarda istifadəçilərə hekayələr (stories) bölümündə qarşılıqlı əlaqəni artırmaq üçün yeni imkanlar verəcək funksiyanı tətbiq etməyi düşünür. Belə ki, tezliklə hekayələrə səsli şərh vermək mümkün olacaq.

Paluzzi hətta yeni interfeys funksiyasının ekran görüntüsünü də paylaşıb.

Onun iddialarına baxmayaraq, “Instagram”dan hələlik mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button