Top.Mail.Ru

SOSİAL MEDİA

Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı kəskin artıb

Bu ilin mart ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı fevral ayı ilə müqayisədə 21,8 faiz bəndi artıb.

“Global Stats” statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, bu ilin aprelin 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 49,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 36,3 faiz bəndi çoxdur.

Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yerdədir.

Loading...
Yazının davamı reklamdan sonra

Populyarlığına görə ikinci yerdə “YouTube” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı mart ayı ərzində 1,7 faiz bəndi azalıb. “YouTube”un Azərbaycan bazarında payı bu ilin aprel ayının 1-nə 18,1% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 6,1 faiz bəndi azdır.

Bu ilin mart ayı ərzində ölkə üzrə “Instagram” şəbəkəsinin istifadəçilərinin fəallığı 14,7 faiz bəndi azalıb. Aprelin 1-nə olan məlumata görə, “Instagram” Azərbaycanın sosial media bazarında 13,4% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: “Pinterest” – 9,14%, “Twitter” – 5%, “VKontakte” – 1,64%, “Reddit” – 1,33%, “Tumblr” – 1,13% və s.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button