Top.Mail.Ru
SOSİAL MEDİA

ABŞ-nin Azərbaycandakı səfirliyi Ermənistan KİV-dəki yalan məlumatları ifşa edib

ABŞ-nin Azərbaycandakı səfirliyi Ermənistan mətbuatında Bakı ilə Vaşinqton arasında münasibətlərə dair əsassız və yalan məlumatları ifşa edib.

Musavat.com xəbər verir ki, bununla bağlı səfirlik sosial şəbəkə hesabında açıqlama yayıb.

Saytların yığılması Saytların yığılması

“Yanvarın 4-də ABŞ dövlət katibinin köməkçisi Cülyetta Noyesin iştirak etdiyi mərasimdə yeni təyin olunmuş səfir Libbi and içib. Tədbirdə onun həyat yoldaşı Danusia və oğlu Endryu da olub. O, Bakıya qayıtmağı və ABŞ-nin Azərbaycandakı on birinci səfiri kimi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməyi səbirsizliklə gözləyir”, – açıqlamada bildirilir.

Qeyd edək ki, Ermənistan KİV iddia edir ki, səfir Mark Libbi bir aydır Bakıdadır, lakin o, etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsi üçün dəvət olunmayıb.

Diplomat isə hazırda ABŞ-dədir.

Bənzər yazılar