Top.Mail.Ru
EKO-MEDİA

İtaliya KİV-ləri Ermənistanın azərbaycanlılara qarşı hərbi cinayətlərini dərc ediblər

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu “Il Giornale” qəzeti, “Adnkronos” xəbər agentliyi, “Kmetro0”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occhio Notizie”, “Telenicosia”, “Politicamente Corretto”, “Agenzia Nova” və digər mətbuat orqanları Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə son raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı açıqlamasını dərc ediblər.

Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyindən “Report”a verilən məlumata görə, Məmməd Əhmədzadə bildirib ki, İtaliya hökuməti, parlament üzvləri, siyasi partiyaları, kütləvi informasiya vasitələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və mülki azərbaycanlı əhaliyə törətdiyi müharibə cinayətlərinə biganə qalmamalıdılar.

Saytların yığılması Saytların yığılması

Diplomat qeyd edib ki, erməni tərəfinin yalanlarına inananlar, Ermənistanın iddialarını kor-koranə dəstəkləyənlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə ağır artilleriya silahları, raketlərin istifadəsi ilə dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərindən nəticə çıxarmalıdılar. M.Əhmədzadə əlavə edib ki, 27 sentyabr tarixindən başlayaraq Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə raket hücumları nəticəsində 60 mülki azərbaycanlı qətlə yetirilib, 270 nəfərdən çox mülki şəxs yaralanıb.

“Önyarqı yetər! İkili standartlar yetər! Məsələyə ideoloji don geyindirmək yetər! “Xristian ermənilər” və “müsəlman azərbaycanlılar” kimi bölünmə yetər! Nəhayət anlamaq lazımdır ki, bu münaqişənin din ilə heç bir əlaqəsi yoxdur! Anlamaq lazımdır ki, Ermənistan sülh istəmir! Anlamaq lazımdır ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirmək istəyir. Anlamaq lazımdır ki, Ermənistan işğal etdiyi ərazilərdən qovduğu 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasını istəmir. Buna nail olmaq üçün də Ermənistan Azərbaycana qarşı yalan və saxtakarlıqlarla dolu propaqanda aparır”, – deyə səfir bildirib.

Diplomat açıqlamasını bu fikirlərlə yekunlaşdırıb: “Əgər doğrudan da Ermənistan sülh istəyirsə, silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Çünki Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bölgədə sülhə əsas təhdiddir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir