Top.Mail.Ru
EKO-MEDİA

Politoloq Özbəkistanın mövqeyindən danışdı:”Azərbaycanın yanındayıq”

Özbəkistanlı politoloq Kəmaləddin Rabbimov Qarabağ münaqişəsi haqqında danışıb.

KAIM.az xəbər verir ki, Özbəkistanlı politoloq Kəmaləddin Rabbimov Qarabağ münaqişəsində Özbəkistanın hansı ölkənin tərəfində olduğu sualına cavab verməyə çalışıb.

Saytların yığılması Saytların yığılması

 

“Bugünkü ən vacib hadisə Dağlıq Qarabağ ətrafındakı Azərbaycan-Ermənistan münaqişəsidir. Bu fonda Özbəkistan dövlətinin hansı mövqedə olduğu və hazırkı yanaşmasının necə olduğu sualı ortaya çıxır. Özbəkistanın Qafqazdakı geosiyasi baxışlarından bir neçə məqama toxunmaq istəyirəm: Özbəkistanın bütün MDB ölkələrində səfirlikləri, fövqəladə və səlahiyyətli səfirləri var. Yalnız bir ölkədə səfirliyi yoxdur – Ermənistanda. Rusiyadakı səfirlik Özbəkistanın Ermənistanla münasibətlərindən məsul olan diplomatik nümayəndəlikdir” Politoloq Özbəkistan prezidentləri İslam Kərimov və Şövkət Mirziyayevin Ermənistanın müstəqillik qazandığı gündən bəri ziyarət etmədiyi yeganə MDB dövləti olduğunu qeyd edib. “Özbəkistanın ilk Prezidenti İslam Kərimov Azərbaycanın Prezidenti Heydər Əliyevə səmimi qəlbdən hörmət edirdi. Heydər Əliyev öldükdə Kerimov dəfn mərasimində iştirak etmək üçün Bakıya getdi” – deyə bildirib. Kəmaləddin Rabbimovun sözlərinə görə Ermənistanda səfirlik açmağa qərar verildiyinə dair məlumatlar var. Lakin Özbəkistanın bu günə qədər Ermənistanla münasibətlərinin yüksəs səviyyədə olmadığını da vurğulayıb.

Daha sonra politoloq  özbəkistanın türk dövlətləri arasında, ən yaxın əlaqələrinin Azərbaycanla olduğunu deyib. “Yəni Özbəkistan rəsmən bildirməsədə tamamilə Azərbaycanın yanındadır”- deyə onuda qeyd edib.

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir