Top.Mail.Ru
EKO-MEDİA

Xəzər TV-nin “Birinci studiyası”nın informasiya müharibəsi — VİDEO

Xəzər TV-nin “Birinci studiyası”nın aparıcı Lalə Azərtaş canlı yayımda Ermənistan ordusunun dəhşətindən danışıb:

“Ermənistan ordusunu dəhşətə gətirən hər bir Azərbaycan əsgərinə salam! Onları dəhşətə siz gətirdiniz, indi onlar “Dəhşət”in leşini basdırmaq üçün yer axtarır. İşğalçı Ermənistan silahlı qüvvələrinin “Dəhşət” ləqəbli polkovnik-leytenantı Artur Qalstyan Azərbaycan ordusunun sərrast atəşi ilə məhv edilib. Doğrudan da dəhşətdir! Azərbaycan əsgəri ilə üz-üzə çıxanda sonu belə olur”.

Saytların yığılması Saytların yığılması

Xanım aparıcı həm də dünyaca məşhur Elton Conu separatçılara dəstək verdiyi üçün sərt tənqid edib.

Bildiyimiz kimi, ingiltərəli müğənni Instagram hesabındakı paylaşımdan sonra azərbaycanlıların ciddi tənqidləri ilə üzləşib və paylaşımı silmək məcburiyyətində qalıb.

Lalə Azərtaş xatırladıb ki, birinci vitse-prezident Mehriban Əliyeva hər bir azərbaycanlını erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırmışdı. Elton Con da bu çağırışın ilk qurbanı oldu.

“Mehriban xanımın bu çağırışına qoşularaq informasiya müharibəsində iştirak edən hər kəsə təşəkkür edirəm!” – aparıcı deyib.

Efirdə həm də Azərbaycan ordusunun sıralarında vuruşan Ramil Səfərov və Tahir Misirxanov kimi igidlərimizin ailə üzvlərinin fikirləri təqdim edilib.

Bununla yanaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov efirin qonağı olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir