Top.Mail.Ru

SOSİAL

Azərbaycanda qaz limitinin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Qaz istifadəsinə görə limitlərin ləğvi və ya dəyişdirilməsi ilə bağlı heç bir müraciət olunmayıb, bu məsələ hazırda gündəmdə deyil. Yayılan şaiələrin heç bir əsası yoxdur”

KAİM.az xəbər verir ki, bu fikirləri “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində deyib.

SON Onun sözlərinə görə, ölkədə qazın istifadəsinə görə tətbiq olunan limitlər sosial yönümlüdir.

Loading...
Yazının davamı reklamdan sonra

“Biz bilirik ki, bir çox ölkələrdə istənilən məhsulu kim çox işlədirsə, o daha az tariflə ödəyir. Bizdə isə tam əksinədir, az işlədən, daha aşağı tariflə ödəyir. Burada, əhalinin ümumi sosial durumunu və ya sosial vəziyyəti nəzərə alınıb. Bilirsiniz ki, cənab Prezidentin də daim bununla bağlı tapşırıqları və sərəncamları olur. Bunlar nəzərə alınaraq bizdə limit hələ ki, qeyd olunan qaydadadır – az işlədən az ödəyir, çox işlədən daha yüksək tariflə ödəyir. Amma bunun dəyişməsi ilə bağlı heç bir müraciət yoxdur, gündəmdə bugünkü gün belə məsələ yoxdur”, – deyə Ruslan Əliyev qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button