Top.Mail.Ru

SOSİAL

Diaspor fəalımız “Central Asia’s Got Talent” müsabiqəsinin finalına çıxıb

Norveçdə yaşayan azərbaycanlı musiqiçi Şəbnəm Hüseyn Qazaxıstanın Almatı şəhərində keçirilən “Central Asia’s Got Talent” (“Mərkəzi Asiya istedadları axtarır”) şousunun final mərhələsinə çıxıb.

Qeyd edək ki, soydaşımızın müsabiqənin finalına çıxması tamaşaçıların səsverməsindən asılı idi. Artıq bu çətin mərhələ arxada qalıb. Böyük finalın 2022-ci ilin iyun ayında keçirilməsi gözlənilir.

Bununla bağlı sevincini və həyəcanını Şəbnəm Hüseyn sosial şəbəkələr vasitəsilə bölüşüb: “Artıq finaldayam və Azərbaycanımızı dünyanın ən baxımlı şou layihələrindən birində təmsil etdiyimə şadam. Ümidvaram ki, bu qayda ilə mənə dəstəyinizi davam etdirəcək, Azərbaycanımızı qalib edəcəksiz”.

Loading...
Yazının davamı reklamdan sonra

Şəbnəm Hüseyn müsabiqədə ona dəstək olan Diasporla İş üzrə Dövlət Komitəsinə, Oslo Azərbaycan Evinə və Norveç Azərbaycanlıları Gənclər Təşkilatına (NAYO) minnətdarlığını ifadə edib: “Bu layihədə mənə dəstək olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradova və əməkdaşlarına, Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyevə, NAYO sədri Fariz Nadir Rzayevə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Şəbnəm Hüseyn NAYO-nun Hamar bölgəsi üzrə sədri, Norveç Musiqiçilər Birliyinin üzvü, Drezden Simfonik Orkestrinin solistidir. Onun “Central Asia’s Got Talent” müsabiqəsində iştirakını Diasporla İş üzrə Dövlət Komitəsi, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi, Norveç Musiqiçilər Birliyi, Polşadakı “Xarıbülbül” və digər diaspor təşkilatları dəstəkləyir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşlarının iştirak etdiyi bu istedadlar şousuna Azərbaycan 2021-ci ildən qoşulub. Müsabiqənin Azərbaycan üzrə mətbuat və informasiya hüququ “Xəzər” TV-yə məxsusdur.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button