Top.Mail.Ru

SOSİAL

Azərbaycanın bank sektorunun aktivləri 41 milyard manatı ötüb

Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 41 milyard 371,5 milyon manat təşkil edib.

KAİM.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 22,4 % çoxdur.

Bankların aktivlərinin 16 milyard 884,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 25,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,9 %-dən 40,8 %-ə yüksəlib.

Loading...
Yazının davamı reklamdan sonra

Hesabat dövründə bank sektorunun öhdəlikləri 24,9 % artaraq 36 milyard 293 milyon manata, o cümlədən depozit portfeli 34,8 % artaraq 29 milyard 737,6 milyon manata çatıb. Bunun 10 milyard 389 milyon manatı fiziki, 19 milyard 348,6 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 22,5 %, şirkətlərin banklardakı vəsaitləri isə 42,4 % artıb.

Son 1 ildə bankların Mərkəzi Bank qarşısında öhdəliyi isə 21,7 % azalaraq 290,9 milyon manat olub.

Sektorun balans kapitalı isə 6,9 % artaraq 5 milyard 078,5 milyon manat təşkil edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button