Top.Mail.Ru

SOSİAL

Azərbaycanın bank sektorunun xalis mənfəəti 21 %-dən çox artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 331,5 milyon manat məbləğində xalis mənfəət əldə edib.

KAİM.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 % çoxdur.

Hesabat dövrü ərzində bankların əməliyyat gəlirləri 1 milyard 459,7 milyon manat (1 il əvvələ nisbətən 24,8 % çox), əməliyyat xərcləri 937,1 milyon manat (26 % çox), xüsusi ehtiyatlara ayırmaları 117,9 milyon manat (15,9 % çox), gözlənilməz xərcləri 0,1 milyon manat (1 il əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 73,1 milyon manat (44,5 % çox) təşkil edib.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button