Top.Mail.Ru

SOSİAL

Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İxtisas bələdçisi” forumu keçiriləcək.

KAİM.az xəbər verir ki, 8 iyul 2022-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq Forumda ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, abituriyentlərin kodlaşdırma zamanı diqqətli davranmalı olduğu məqamlar, prosesin psixoloji aspektləri və 5 ixtisas qrupuna  daxil olan əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında ətraflı məlumatlar paylaşılacaq.

Forumda abituriyentlərlə yanaşı, 9-11-ci sinif şagirdləri və onların valideynləri iştirak edə bilərlər.

Loading...
Yazının davamı reklamdan sonra

Forumun karyera planlaması və ixtisas qrupları üzrə mütəxəssislərin çıxışlarından ibarət panellərində müzakirələr aparılacaq.

Eyni zamanda, forum iştirakçıları Dövlət İqtisad Universitetinin inzibati binası ilə tanışlıq və tədris üsulları haqqında ümumi məlumatlandırma fürsəti əldə edəcəklər.

Forumun keçirilməsində əsas məqsəd iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentləri düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.

Forumda iştirak etmək üçün onlayn müraciət formasını doldurmaq tələb olunur.

Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.

Qeydiyyat linki: shorturl.at/msJQY

Son müraciət tarixi: 5 iyul 2022-ci il
 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button