Top.Mail.Ru
SOSİAL

38 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında 37 644 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

KAİM.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, onlardan 15 895 şəxs münasib işlərlə təmin edilib, 5028 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına qoşulub.

Həmçinin, Agentlik tərəfindən bu müddət ərzində 1875 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.

6 ay ərzində 14 846 şəxslə peşəyönümü tədbirləri keçirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button