Top.Mail.Ru

SOSİAL

Gənclərlə iş sahəsində mövcud imkanlar və gələcək perspektivlər mövzusunda tədbir keçirilib

“Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərlə iş sahəsində mövcud imkanlar və gələcək perspektivlər” mövzusunda mətbuat konfransı keçirilib.

KAİM.az xəbər verir ki, mətbuat konfransında Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov, Baş katib Yusif Cəfərbəyli, Media və PR işləri üzrə Aysel Rzazadə, layihələr üzrə menecer Məmmədağa Əliyev çıxış ediblər.

“Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Məhəmməd Məmmədovun sözlərinə görə, dövlətin gənc nəsilə verdiyi dəyər gənclərin inkişafında mühüm, həm də tarixi mərhələni təmsil edir ki, məhz bu amil də hökumətin bütün gənclərin tam inkişafına sadiqliyinin ifadəsidir: “Bu siyasət vasitəsilə ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə və hamı üçün daha firavan, inkişaf edən Azərbaycan uğrunda çalışa biləcəyi bir mühit yaradılmışdır. Bir sözlə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir. Bundan əlavə, dövlət başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illər ərzində “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı kimi mühüm proqramların imzalanması Cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının ən bariz nümunəsidir”.

Loading...
Yazının davamı reklamdan sonra

Daha sonra çıxış edənlər “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin qarşısına qoyduğu məqsəd və vəzifələr, gələcəkdə icrası planlaşdırılan layihə və tədbirlər barədə məlumat veriblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button