Top.Mail.Ru

SOSİAL

Şəhid ailəsi və digər imtiyazlı şəxslərə daha 50 mənzil təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri, müharibə əlilləri və imtiyazlı kateqoriyadan olan digər şəxslərə (Çernobıl əlilləri, gözdən əlilliyi olan şəxslər) daha 50 mənzil təqdim edib.

Təqdimetmə mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə əlilləri ilə bağlı geniş miqyaslı sosial dəstək işləri aparılır.

O qeyd edib ki, bu işlər çərçivəsində onların mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib: “Həmçinin imtiyazlı kateqoriyadan olan digər vətəndaşlarımızın mənzillə təminatı tədbirləri geniş vüsət alıb. Bu gün Abşeron və Bakının Sabunçu, Binəqədi rayonlarındakı yeni yaşayış komplekslərində təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə əlillərinə postmüharibə dövründə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev verilib”.

Şəhid ailələri və müharibə əlillərinə bu il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1000-ə qədəri təqdim edilib. Çernobıl əlilləri və gözdən əlilliyi olan şəxslərin mənzillə təminatı işləri də davam etdirilir. Çernobıl əlillərinə 2021-ci ildə 258, bu ilin ötən dövründə 64, gözdən əlilliyi olan şəxslərə ötən il 255, 2022-ci ildə isə 149 mənzil təqdim edilib.

Bənzər yazılar

Back to top button