Top.Mail.Ru

bannerSOSİAL

Maaş kartlarını vəzifəli şəxslər necə mənimsəyir – Lənkaran icrada NƏ BAŞ VERİR? – FOTO

Prezident İlham Əliyevin sosial vəziyyətləri acınacaqlı olan, işsiz vətəndaşların rifah hallarının yüksəldilməsi üçün yaratdığı “DOST” İş Mərkəzində maaş kartlarının rayonun rəhbər vəzifəli şəxslərində olması barədə mediada dəfələrlə yazılıb.

Haqli.az-ın xəbərinə görə, “DOST” İş Mərkəzində maaş kartlarının vəzifəli şəxslərin adlarına rəsmiləşdirildiyi rayonlardan biri də Lənkəran rayonudur.

Dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqlarını ələ keçirən icra başçılarının aqibəti hər kəsə məlumdur. Amma, biz deyə bilmərik ki, Lənkaran icra başçısının bu qanunsuzluqla yaxından əlaqəsi var. Lakin, fakt, faktlığında qalır.

Loading...
Yazının davamı reklamdan sonra

Belə ki, Lənkəran rayonu İcra Hakimiyyəti başçısının Kərgəlan kənd üzrə nümayəndəsinin oğlu Babək Heydərlinin adı “DOST”-dan maaş alanların siyahısındadır. Babək Heydərli eyni zamanda “LƏNKƏRAN CİTY TRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olaraq hüquqi şəxsdir.

Digər fakt isə Lənkəran kənd 74 saylı Seçki Dairəsinin sədri Rufiyev Əlövsət Rufi oğlu ötən ilin okyabrından DOST Mərkəzi MMC-də fəhlə kimi çalışması ilə bağlıdır.

Mediada yayımlanan hər iki fakta Lənkəran rayon İcra Hakimiyyəti münasibət bildirməyib.
“DOST”dan maaş alan DSK sədrinin sənədləri
“LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin rəhbərinin “DOST” siyahısı

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button