Top.Mail.Ru
SOSİAL

Azərbaycanlı icmasının üzvü TAP kəmərinin İtaliya iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb

İtaliyanın www.economymagazine.it xəbər portalında “Azərbaycan qaz kəmərinin istismara başlaması İtaliya iqtisadiyyatı üçün yeni imkanlar yaradır” başlıqlı yazı dərc olunub.

Xəbər portalına müsahibəsində İtaliyadakı azərbaycanlı icmasının vitse-prezidenti, “Accelera hub”un investoru, “Igi Investimenti Group”un biznes-akselatoru Turan Sadiqi Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsini şərh edib. Qeyd edib ki, İtaliya Azərbaycan üçün strateji tərəfdaşdır və TAP ilə bağlı imkanların həm liman sektoru, həm də istehlak qiymətləri baxımından araşdırılması hələ qarşıdadır. TAP-ın istismarının Avropada bazar qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracağı vurğulanıb.

T.Sadiqi qeyd edib ki, geosiyasi baxımdan ssenarilər dəyişir və bu yaxınlarda baş vermiş münaqişənin kəmərin istismarını nəyin bahasına olursa-olsun ləngitmək istəyənlərin hərəkətlərinin nəticəsi kimi də dəyərləndirilməsi istisna edilmir. “İlkin hiss ediləcək səmərə – dünya və Avropa ticarət qiymətləri arasında fərqin azalmasıdır”, – deyə iş adamı bildirib.

“Accelera hub” olaraq İtaliyada fəaliyyət göstərən orta şirkətlərin müvəqqəti qrupunu yaratmağı nəzərdə tuturuq. “Layihə Akemenida adlanır və əsasən İtaliyanın mərkəzi hissəsində yerləşən sənaye rayonlarına xidmət edəcək”-, deyə T.Sadiqi qeyd edib.

Müsahibəni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.economymagazine.it/news/2020/12/23/news/lavvio-delloperativita-del-gasdotto-dallazerbaijan-apre-nuovo-frontiere-per-leconomia-italiana-26594/

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button