Top.Mail.Ru
SOSİAL

iPhone 12-lərin satışı qadağan edildi: İcazə verilən radiasiya miqdarını keçdi

Fransanın Rəqəmsallaşma və Telekommunikasiya naziri Jean-Noel Barrot, ölkədə iPhone 12 model telefonların satışının növbəti xəbərdarlığa qədər qadağan edildiyini açıqlayıb.

Kaim.az  xarici mənbəyə istinadən xəbər verir ki, nazir Barrot, Milli Tezlik Agentliyindən (ANFR) sözügedən qadağaya əməl etmək üçün bütün zabitlərini səfərbər etməyi xahiş edib. Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlama verib. 141 telefon modeli üzərində edilən nəzarətlərdə iPhone 12-lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.

Avropada bir telefon cibdə və ya əldə tutulduqda radiasiya miqdarının 4W/kq olması vurğulanıb. ANFR iPhone 12 model telefonda bu miqdarın 5,74 Vt/kq olduğunu ortaya qoyub.

Bənzər yazılar