Top.Mail.Ru

bannerSOSİAL

TƏCİLİ! Bakıda gediş haqqı 3 dəfə ARTIRILDI: BNA-dan ŞOK AÇIQLAMA

Qar yağdı, taksi qiymətləri ceyran belinə mindi.

KAİM.az xəbər verir ki, güclü qar səbəbindən paytaxt nəqliyyatında yaranan problem, xüsusilə də ictimai nəqliyyatda gecikmələr və dayanacaqlarda yaranan sərnişin sıxlığı taksilərə tələbatı artırdı. Bu isə qiymət artımı ilə müşayiət olundu…

Sərnişinlərin sözlərinə görə, bəzi taksi şirkətləri və fərdi şəxslər qiymətləri hətta 2-3 dəfə artırıblar.

Loading...
Yazının davamı reklamdan sonra

Bəzi taksi şirkətləri isə ya ümumiyyətlə telefonlara cavab verməyib, ya da zəng edib düşmək mümkün olmayıb.

Şəhər ərazisində və mərkəzi hissələrdə səyyar taksilər də əvvəlki günlərə nisbətən az gözə dəyirdi.

Taksi sürücüləri isə əməkdaşlıq etdikləri şirkətlərin qiymətləri 20-25 faiz artırdığını bildirdilər. Fərdi şəkildə xidmət göstərdikdə isə qiymətləri dəyişmədiklərini dedilər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, qiymətləri qurum tənzimləmir.

mənbə: sfera.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button