Top.Mail.Ru
bannerSOSİAL

SON DƏQİQƏ: “Azərişıq” və “Azəriqaz”-da qiymətlərin artımı ilə bağlı BƏD XƏBƏR

Son günlər Azərbaycanda əsas müzakirə mövzusu qiymət artımları ilə bağlıdır.

KAİM.az xəbər verir ki, sudan istifadəyə görə tariflərin dəyişməsinin və ödənişlərin artırılmasının elektrik enerjisi və mavi yanacağın da qiymətinə təsir edəcəyi barədə fikirlər yaranıb.

Məsələ ilə bağlı Qazet.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, hazırda qiymətdə dəyişiklik yoxdur.

“Azəriqaz” İB tarif tənzimlənməsini həyata keçirmir. Bu işə Tarif Şurası baxır. Məsələ Tarif Şurasının səlahiyyətləri daxilindədir”, – deyə C.Səfərov qeyd edib.

İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, Tarif Şurası qiymət tənzimlənmələrini qurumların müraciəti əsasında araşdıraraq qərar qəbul edir. Yəni, sözügedən qurumların müraciəti olacağı təqdirdə məsələyə baxıla bilər.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button