Top.Mail.Ru
SOSİAL

DİQQƏT! Nazirlikdən sudan istifadə ilə bağlı XƏBƏRDARLIQ

Hazırda Azərbaycanda yerüstü su ehtiyatları 30 km3 təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 km3-ə qədər azalır.

KAİM.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22 mart – Ümumdünya su günü ilə bağlı yaydığı xəbərdə bildirilir.

BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən içməli suyun əhəmiyyətinə, vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 22-si Ümumdünya su günü kimi qeyd olunur.

Bu günün keçirilməsində məqsəd su ekosistemlərinin mühafizəsində hər kəsi fəal olmağa çağırmaq, suya qənaət edilməsinə diqqət çəkmək və bu sahədə maarifləndirmə işini gücləndirməkdir: “Su ehtiyatları dünya dövlətlərinin hər biri üçün ən qiymətli resurslardan biridir, lakin planetdə olan mövcud ehtiyatlar dünya ölkələri arasında qeyri-bərabər paylanıb və milyardlarla insan içməli su çatışmazlığından əziyyət çəkir.
Bu səbəbdən suya qənaət, ondan səmərəli istifadə, insanların suya münasibətinin köklü surətdə dəyişməsi müasir dünyanın ən aktual məsələlərindən biridir. Odur ki, ölkədə su ehtiyatlarının qənaətlə, səmərəli istifadəsi və inteqrasiyalı idarə edilməsi sahəsində kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda, əhali qrupunun da içməli suya qənaət etməsi və bu sudan texniki məqsədlər üçün istifadənin məhdudlaşdırılması vacibdir.

Su bəşəriyyətin ali nemətidir, su həyatdır, su varlığımız və gələcəyimizdir, suya qənaət etmək isə mütləqdir!”.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button