Top.Mail.Ru
bannerSOSİAL

TƏCİLİ! İstirahət günləri ictimai nəqliyyat və metro niyə FƏALİYYƏT GÖSTƏRMİR ? – ŞOK AÇIQLAMA

Görəsən hansı məntiqlə pandemiya başlayandan istirahət və bayram günləri ictimai nəqliyyatın hərəkətini, uzun müddətdir metronun fəaliyyətini dayandırırlar. Ümumi qənaətim belədir ki, ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının pandemiya ilə birbaşa əlaqəsi yoxdur və bu iqtisadi maraqlara xidmət edir”.

KAİM.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. İqtisadçı bildirib ki, hazırda pandemiyaya görə, işsizliyin mövcudluğu şəraitində taksi fəaliyyəti hər kəs, hətta işləyərək aldığı maaşdan narazı olanlar üçün əlçatandlr: “Odur ki, taksi xidməti Azərbaycanda yeganə rəqabətli bazardır, və orada monopoliya yaratmağa tələsmirlər. Çünki iş axtarmaqdan yorulan hər kəs həyatda qalmağın yeganə yolunu maşın alıb və ya icarəyə götürüb, taksi xidməti göstərməkdə görür. Nəticədə nələr baş verir: Ölkəyə avtomobil idxalı artır. Gömrük rüsumlarından, aksiz və əlavə dəyər vergisindən büdcəyə daxil olmalar çoxalır. Hər gün müştəri axtarmaq adı ilə dayanmadan hərəkət edən sürücülər qazandıqlarının 90 faizini benzinə xərcləyir. SOCAR da təklif verir ki, benzinin qiyməti bahalaşdırmaq lazımdır, çünki tələbat ildən-ilə artır. Taksi sürücüləri minik avtomobilləri ilə sərnişin daşımaq məqsədi ilə xüsusi razılıq (lisenziya), “fərqlənmə nişanı” alırlar. Bunun üçün “ASAN xidmət” mərkəzlərinə gedir, xidmət haqqı və rüsum ödəyirlər.Taksi sürücüləri Yol Polislərinə cərimə ödəyib, onların planı doldurmasına töhfə verirlər”.

Qubad İbadoğlu əlavə edib ki, 2021-ci ildə “Bakı Metropoliteni” QSC üçün dövlət büdcəsindən ayrılacaq 39,2 milyon manat vəsait xərclənməmiş qalır: “Sürücülər gündə 10-12 saat taksi xidməti göstərib, idarəetdiyi maşının amortizasiya xərclərini nəzərə almadan qazandığı vəsaitlə birtəhər dolanırlar. Beləliklə də taksi xidmətinin fəaliyyətinin pandemiya dövründə stimullaşdıırlması yalnız qazanc deyil, həm də siyasi məsələsidir. Taksi xidməti artıq sosial sabitləşdirici funksiyaya çevrilib”.

mənbə: KONKRET.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button