Top.Mail.Ru
bannerSOSİAL

TƏCİLİ! Bu tarixdən SMS-icazə sistemi geri QAYIDA BİLƏR – AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, martın 28-də 1831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Yoluxmaların sayının kəskin artması yenidən “SMS İcazə” sisteminin bərpa edilməsinə səbəb ola bilərmi?

KAİM.az xəbər verir ki, bununla bağlı dosent Ədalət Rüstəm bildirib ki, son günlər ölüm hallarının çox olması reanimasiyada olan xəstələrin sayının da artması əlaqədardır:

“Britaniya ştammına da yoluxanlar var. Reanimasiyada olan xəstələrin də sayı artmaqdadır. Hansı sərtləşmələrin olması Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq. Çünki karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Yoluxma və ölüm sayının artması bu dinamika ilə davam edərsə “evdə qal” karantini və “SMS İcazə” sisteminin geri qayıtması qaçılmaz olacaq. Bu gün və ya bu həftə ərzində “sms icazə” sisteminin yenidən tətbiq edilməsi ilə bağlı qərar qəbul edilə bilər”. /Sonxeber.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button