Top.Mail.Ru
SOSİAL

Bakıda bağça müdiri COVID-19-a yoluxan işçilərini işə çıxarır? – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 117 saylı bağçanın müdiri Solmaz Hacıyevanın koronavirusa yoluxan işçilərini işə çıxararaq karantin qaydalarını sərt şəkildə pozması barədə iddialar səsləndirilib.

KAİM.az-ın məlumatına görə, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bldirilib ki, sözügedən bağçada fəaliyyət göstərən qruplardan birində müəllim koronavirusa (COVID-19) yoluxub:

“Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə qrup iki həftəlik karantinə bağlanıb. Həmin qrupdakı müəllim, texnik işçi və uşaqlar da evə buraxılıb. Bağça dezinfeksiya olunub”.

İdarədən qeyd edilib ki, bağçanın direktoru Solmaz Hacıyevanın koronavirusa yoluxan işçilərini işə çıxarması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button