Top.Mail.Ru
SOSİAL

SON DƏQİQƏ! Bu şəxslərə ŞAD XƏBƏR: Mənzil problemləri HƏLL EDİLƏ BİLƏR – AÇIQLAMA

“Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödənilib. Belə ki, tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib”.

KAİM.az xəbər veri ki, bu barədə KONKRET.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov fikir səsləndirib. O bildirib ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan səhiyyə işçilərinə isə 385 min manat məbləğində müddətli əlavə ödənilib: “Könüllülərə isə 138.500 manat məbləğində mükafat verilib. Bütün bunlarla yanaşı, pandemiyanın davam etdiyini nəzərə alsaq, bütövlükdə səhiyyə işçilərinin sosial təminatının daha da yaxşılaşdırılması üçün, həkim və tibb işçilərinə güzəştli ipoteka kreditlərinə müraciət hüququnun verilməsi məqsədəuyğun olardı. Belə ki, mövcud qaydalara əsasən ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də, həkimlər üçün bu imkan nəzərdə tutulmayıb. Əksər post-sovet ölkələrində də həkimlərin sosial proqramlarda iştirak hüququnun yaradıldığını nəzərə alsaq, o zaman Azərbaycanda da oxşar imkanın təklif olunması məqsədəuyğundur”.

Vüqar Bayramov əlavə edib ki, bu ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqini də nəzərə alsaq, həkimlərin və bütövlükdə tibb işçilərinin əmək haqqlarında artımların olacağı gözlənilir: “Əgər həkimlərə güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilərsə, o zaman aşağı faizli və uzun müddətli kredit ilə onların mənzil problemlərinin həllinə imkan yaradacaq. O baxımdan təklif edirik ki, ən azı 3 il səhiyyə müəssisələrində tibb işçisi kimi çalışan şəxslərə güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilsin”.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button