Top.Mail.Ru
SOSİAL

Əhalinin NƏZƏRİNƏ: May ayında 14 gün İŞ OLMAYACAQ – RƏSMİ

Mayda 14 gün qeyri-iş günü olacaq.

KAİM.az xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Eyni zamanda 28 May – Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

5 günlük iş həftəsində çalışanlar üçün şənbə və bazar günləri də daxil olmaqla may ayında bayramlarla əlaqədar 14 gün iş olmayacaq.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button