Top.Mail.Ru
bannerSOSİAL

Valideynlərin NƏZƏRİNƏ: Uşaqlarda koronavirusun ilk simptomları BƏLLİ OLDU

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov uşaqlarda yeni növ koronavirus infeksiyasının ağır formasının inkişafını göstərən bir sıra simptomları açıqlayıb.

KAİM.az Publika.az-a istinadən xəbər verir ki, A.Qorelovun sözlərinə görə, təngənəfəslik, bir neçə gün davam edən hərarət, eləcə də səpki ağır COVID-19 əlaməti ola bilər.

“Uşaqda təngənəfəslik və 3 gündən çox davam edən temperatur narahatçılığa səbəb olan əsas simptonlardır. Bu dəyişikliklər ağırlaşmanın əlamətləri, eləcə də çox iltihablı sindrom ola bilər”, – həkim “RİA Novosti”-yə verdiyi müsahibədə bildirib.

Mütəxəssis eyni zamanda səpkilərə diqqət yetirməyi tövsiyə edib.

Həkim əksər hallarda uşaqlarda koronavirus infeksiyasının daha yüngül keçdiyini vurğulasa da, ağırlaşma riskinin ola biləcəyini istisna etməyib.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button