Top.Mail.Ru
SOSİAL

Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.

KAİM.az-ın məlumatına görə, peyvənd olunmaq istəyənlər “randevu.its.gov.az” saytında qeydiyyatdan keçməlidirlər. Randevu sistemi “Sinovac” vaksini üçün yaşı 40 və daha yuxarı, “Vaxzevria” vaksini üçün yaşı 60 və daha yuxarı olan, həmçinin son 6 ay ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. İndiyə kimi əhalinin 10 faizi peyvənd olunub. (APA)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button