Top.Mail.Ru

SOSİAL

180 manatını orduya bağışlayan Hikmət baba: “Əsgərlərə canım qurban!” – VİDEO

Dünən axşam sosial şəbəkədə haqqında məlumat yayılan Hikmət baba tapılıb.

BAKU.WS xəbər verir ki, ötən gün ordumuz üçün öz təqaüdündən 180 manat köçürən Hikmət baba Şəkinin Baş Küngüt kəndindəndir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları onunla görüşüb.

Hikmət baba deyir ki, əsgərlərə canım qurban!

“O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum. Özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram”, – deyə Hikmət baba əlavə edib.

VİDEO

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button