Top.Mail.Ru
SOSİAL

FHN-dən əhaliyə çimərlik mövsümü ilə bağlı MÜRACİƏT – VİDEO

Çimərlik mövsümünün başlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

KAİM.az müraciəti təqdim edir:

çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!

– qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir.

– özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!

Həmçinin, QADAĞANDIR:

– nəzərdə tutulmamış ərazilərdə çimmək!

– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!

– küləkli havada dənizə girmək!

– çimərlikdə gecələmək!

– sərxoş halda çimərlikdə olmaq!

– suda kobud hərəkətlər etmək!

– çimərlikdə balıq tutmaq!

– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

– Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Təhlükə zamanı 112-yə zəng edin!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button