Top.Mail.Ru
SOSİAL

Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ! – Pensiyanın verilmə qaydası DƏYİŞDİRİLİR

Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılacaq.

KAİM.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə bildirilir.

Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə hazırlanıb.

Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklif olunur.

Sənəd Milli Məclisin iclasında müzakirə ediləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button