Top.Mail.Ru
SOSİAL

Azərbaycanda bu günə olan koronavirus statistikası açıqlandı – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

KAİM.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 399 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 339 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 1 099 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 953, bu günə qədər isə ümumilikdə 3 661 027 test icra olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button