SOSİAL
“Facebook” Holokost soyqırımını inkar edən paylaşımlara qadağa qoydu

“Facebook” şirkəti Yəhudi qətliyamını inkar və təkzib edən foto,video və məlumatlara qadağa qoyduğunu bildirib.
KAİM.az xarici medyaya istinadən xəbər verir ki, bunu “Facebook”- un icraçı direktoru Mark Zukerberq öz hesabından paylaşıb. O, insanlara bu soyqrımın tarixi ilə bağlı düzgün məlumatlar çatırmaq üçün bu addımı atdıqlarını yazıb. Mark ifadə azadlığı ilə nifrət anlayışı arasındakı balansı qorumağın çətin olduğunu vurğulayaraq, dünyanın həqiqətləri bilməli olduğunu bildirib.
Qeyd edək ki, Mark Zukerberq yəhudi əsillidir. Onun bu qərarı yəhudilər və Yəhudi icması tərəfindən rəğbətlə qarşılanıb.
Şəbnəm Zahir
KAİM.az