Top.Mail.Ru

SOSİAL

Diaspor gəncləri Minskdə sağlamlıq problemi olan uşaqları ZİYARƏT EDİBLƏR

Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi”nin (AİK) gənclər təşkilatının üzvləri müqəddəs Qurban bayramı münasibətilə onkoloji xəstəliklərdən əziyyət çəkən azərbaycanlı uşaqları ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən KAİM.az-a verilən məlimata görə Minsk şəhərindəki Respublika uşaq onkologiya, hematologiya və immunologiya mərkəzindəki ziyarət zamanı uşaqların sağlamlıq problemləri ilə yaxından maraqlanan gənclərimiz balacaları müxtəlif hədiyyələrlə sevindirməyə çalışıblar.

“AİK” gənçlər təşkilatının sədri Olesya Kosoykina bildirib ki, onlar mütəmadi olaraq bu mərkəzdə müalicə olunan xəstələri, o cümlədən soydaşlarımızı ziyarət edirlər. Azərbaycan diaspor təşkilatlarının hər zaman öz fəaliyyətlərində xeyriyyəçiliyə böyük üstünlük verdiklərini, mərhəmət və xeyirxahlıq hisslərini aşılayan layihələr həyata keçirdiklərini xatırladan gənc fəal digər diaspor təşkilatlarını da belə təşəbbüslərlə çıxış etməyə çağırıb.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button