Yazıçı Elif Şafadan ermənilərə dəstək – FOTO

Yazıçı Elif Şafakın “Twitter” hesabından paylaşdığı post müzakirələrə səbəb olub.
KAİM.az xəbər verir ki, Elif Şafak Şuşadakı kilsədən erməni ifaçının videosunu paylaşaraq bu sözləri yazıb: “Barışa inanan və barışı müdafiə edən hər kəs üçündür bu paylaşım”. “Dağıntılar arasında sənət” Yazıçının paylaşımı Azərbaycanda birmənalı qarşılanmayaraq müzakirələr səbəb olub. Sosial şəbəkələrdə onun kitablarını boykot etməyin lazım olduğu ilə bağlı statuslar paylaşılıb. Çoxsaylı tənqidlərdən sonra “Ovod”, “Mənbə”, “Libraff” , “Kitabevim.az” kitab mağazaları Elif Şafakın kitablarının satışına qadağa qoyub.
Qeyd edək ki, Elif Şafak “Baba ve Piç” əsərində ermənilərin türklər tərəfindən 1915-ci ildə soyqırım yaşadıqları ilə bağlı fikirlər yazmışdır.
Şəbnəm Zahir
KAİM.az