Top.Mail.Ru
SOSİAL

Son 6 ayda 14 mindən çox pensiya təyinatı olub

Bu ilin 6 ayında 71 mindən çox e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Kaim.az-a verilən məlumata görə, ƏƏSMN-nin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb.

Onlardan 14,8 mini pensiya, 56,5 mini müavinət və təqaüd təyinatları olub.

Nəticədə həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə həmin sosial ödənişlər təyin edilib.

2019-cu ilin əvvəlindən pensiyaların və sonra müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Cari ilin 1 iyul tarixinədək həmin sosial təminat növləri üzrə 40,4 mini pensiyalar olmaqla, ümumilikdə 197,8 min təyinat e-qaydada həyata keçirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button