Top.Mail.Ru

SOSİAL

Azərbaycanda Messinin adından toylara pul yazdıran KİMDİR? – FOTOLAR


Azərbaycanda toylara futbol üzrə Argentina milli yığmasının və “Barselona“nın kapitanı, ulduz futbolçu Leonel Messinin də adından nəmər salınır.

Kaim.az bildirir ki, Bu ənənəni “Barselona” futbol klubunun azarkeşi, Messinin fanatı, jurnalist Ramin Deko yaradıb. Jurnalist Fanat.Az-a açıqlamasında bildirib ki, artıq bir neçə ildir getdiyi bütün toylara Messinin adından nəmər salır. Onun sözlərinə görə, ulduz futbolçunun adından salınan nəmərin məbləği simvolik olaraq 1 AZN təşkil edir:

Loading...
Yazının davamı reklamdan sonra

“Onlarla toya Messinin adından 1 manat yazdırmışam. Adətən nəməri “Mes Que Un BeyGelin” şüarı ilə yazdırıram. “Mes Que Un Club” “Barselona” futbol klubunun devizidir. Mənası “Bir klubdan daha artıq” deməkdir. Mən “club” sözünü “bəy” və “gəlin” sözləri ilə əvəzləmişəm. Bütün bunlar “Barselona”ya və Messiyə aşırı rəğbətimdən irəli gəlir, həm də bir növ mənim üçün əyləncədir”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button