Top.Mail.Ru

SOSİAL

Qadınlara qarşı əxlaqsız çağırış edən “PANTURAL” ÜZR İSTƏDİ – VİDEO


Sosial şəbəkələrdə “açıq-saçıq geyinən qadınları zorlayın” deyə çağırış edən “Pantural” ləqəbli Tural Səfərov polis idarəsində vətəndaşlardan üzr istəyib.

Kaim.az-ın məlumatına görə, həmin videolar yayılandan sonra Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılıb.

Müəyyən edilib ki, həmin videonu yayan Bakı şəhər sakini Tural Səfərovdur. O, polis idarəsinə dəvət olunaraq onunla profilaktik izahedici söhbətlər aparılıb. Tural Səfərov öz səhvini başa düşdüyünü və onun sözlərindən narazı qalan vətəndaşlardan üzr istədiyini bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

“Pantural” daha öncə isə ikinci videonu yayaraq ironik formada üzr istədiyini deyib və onu tənqid edənləri fahişə adlandırmışdı.

Qeyd edək ki, özünü “Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, “KOMA” filminin müəllifidir.

“Pantural”ın üzr istədiyi videonu təqdim edirik:

Qafqazinfo

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button