Top.Mail.Ru

SOSİAL

7 minə yaxın şəxsin məşğulluğuna dəstək verilib


Müharibədən sonrakı dövrdə şəhid ailəsi üzvləri, qaziyaxınlarından ibarət 7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Kaim.az-a verilən məlumata görə, ğostmüharibə dövründə ƏƏSMN- i tərəfindən həyata keçirilən sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib.

Onlardan 5100-dək şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub. Seçdikləri iqtisadi fəaliyyət növləri üzrə həmin şəxslərin kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün proqram əsasında aktivlərlə təminatı işləri aparılır.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edilən kateqoriyalardan olan 515 şəxsə münasib işlərə göndəriş verilib, 1000 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək məqsədilə başladılan “Məşğulluq marafonu” çərçivəsində təqdim edilən vakansiyalar üzrə isə 321 nəfər münasib işlə təmin edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button