Top.Mail.Ru

SOSİAL

Sankt-Peterburqda yaşayan azərbaycanlı gənclərdən Türkiyəyə dəstək


Müxtəlif bölgələrində güclü meşə yanğınları ilə mübarizə aparan Türkiyəni dəstəkləmək məqsədilə Rusiyada yaşayan azərbaycanlı gənclər qardaş ölkəyə humanitar yardım göndəriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindəndən Kaim.az-a verilən məlumta görə, meşə yanğınlarından zərərçəkmişlərin ilkin ehtiyaclarını (ərzaq, paltar və dərman) təmin etmək məqsədi ilə “Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı nəzdindəki Azərbaycan Gəncləri Birliyinin (AGB) təşkilatçılığı ilə xeyriyyə marafonu təşkil edilib. Rusiyada yaşayan minlərlə həmvətənimizin marafona yaxından qoşulması nəticəsində 363000 rubl ianə toplanıb.

Antalyaya səfər edən AGB sədri Elman Manafov və sədr müavini Fərid Əsgərov Türk Kızılay təşkilatının bu şəhərdəki rəhbərliyi ilə görüşüb və toplanılmış maddi yardımı təqdim ediblər.

Loading...
Yazının davamı reklamdan sonra

Manavqat bələdiyyəsinin sədri Şükrü Sözen humanitar yardıma görə Elman Manafovun və Fərid Əsgərovun şəxsində Rusiyada yaşayan gənclərimizə minnətdarlığını bildirib. Türkiyənin bu çətin günlərində Azərbaycanın və dünyada yaşayan azərbaycanlıların böyük dəstəyindən danışan bələdiyyə sədri deyib ki, Türkiyə xalqı heç zaman bu qardaşlıq yardımını unutmayacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button