Top.Mail.Ru

SOSİAL

Daha 367 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub


“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 375-ə, təqdim edilən vakansiya sayı 1607-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Kaim.az-a verilən məlumata görə , həmin vakansiyalar üzrə 367 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artmaqda davam edir. Son bir neçə gündə daha bir qrup işəgötürən də bu aksiyaya öz dəstəyini ifadə edərək vakansiyalarını müvafiq e-sistemə daxil edib.

Loading...
Yazının davamı reklamdan sonra

Beləliklə, marafona qoşulan işəgötürənlərin sayı artıq 375-ə çatıb.

180-ni dövlət, qalanı özəl müəssisə olan həmin işəgötürənlərin 221-i xidmət, 105-i emal, 32-I kənd təsərrüfatı, 17-si tikinti sahəsində fəaliyyət göstərir.

İşəgötürənlərin bu marafon çərçivəsində e-sistemə daxil etdikləri vakansiya sayı isə 1607-ə çatıb. Həmin vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi də davam edir və marafon çərçivəsində işlə təmin edilən şəxslərin sayı da artaraq 367-ə çatıb. Onlardan 280-i qazi, 87-si şəhid ailəsi üzvüdür və əksəriyyəti18-29 yaşlarında olan şəxslərdir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button