Top.Mail.Ru
SOSİAL

Bakının mərkəzində ağaclıq ərazidə baş verən yanğın SÖNDÜRÜLDÜ – VİDEO


Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsinin başlanğıc hissəsindəki yamacdakı ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

Kaim.az xəbər verir ki, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın ərazisinə Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları gəliblər. Hazırda yanğının səbəbləri araşdırılır və ərazinin təmizlənməsi işləri aparılır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin yanğınsöndürmə qərargahının əməliyyat növbətçisi, daxili xidmət polkovnik leytenantı Ramazan Ramazanov bildirib ki, ərazidə quru kol-kos yanıb: “5-6 şam ağacı qaysıyıb. Yaxınlıqdakı evlərə ziyan dəyməyib, xəsarət alan olmayıb”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button