Top.Mail.Ru

SOSİAL

Deputat Fazil Mustafa bu qurumu TƏNQİD ETDİ: Onlar qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur


“Məsələ pulun hara getməsində deyil, vətəndaşı kasıblaşdıracaq mexanizmin qabağını almaq lazımdır. Dövlətin hesabına keçən pulda da korrupsiyanın izləri olur. BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur”.

Kaim.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa “Facebook” hesabında yazaraq bildirib. Millət vəkili qeyd edib ki, bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır.

“Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan? Yaxud ucuz parkinq yaratmamısansa, niyə cərimə yazmalısan? Yəni bu kimi məsələlərdə vətəndaşın dirənişi olmalıdır. Düşünməlidir ki, qonşu onun nömrəsi haqda danışacaq deyə niyə nömrə üçün əlavə pul vermək nəyə lazımdır? İnsana ağlına görə qiymət verirlər. Narkoman da bahalı maşın sürə, nömrə ala bilər, nə olsun? Onda deyəcəklər ki, bu insan şəxsiyyətli adamdır?” Fazil Mustafa belə şərh edib.

Loading...
Yazının davamı reklamdan sonra

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button