Top.Mail.Ru

SOSİAL

DİQQƏT: 190 manatın yenidən verilməsi ilə bağlı VACİB XƏBƏR

Bildiyimiz kimi, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə gəlir mənbəyi olmayan əhaliyə 190 manat birdəfəlik ödəmə verilib. Hazırda artan koronavirus statistikası səbəbi ilə müəyyən olunmuş rayonlara, kəndlərə girişlər məhdudlaşdırılıb. Bu baxımdan yenidən 190 manat yardım, yaxud fərdi sahibkarlara dəstək paketi mümkündür mü?

Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, yenidən təsdiqlənən büdcə parametrlərində bu barədə müəyyən qərarlar qəbul edilib:

“Bildiyimiz kimi, avqust ayının əvvəlində büdcədə yenidən dəyişikliklər olunub. Büdcə parametrləri təsdiqləndikdən sonra bu ilin sonuna qədər iş adamlarına əlavə olaraq 99 milyon manat kompensasiya ödənilməsi nəzərdə tutulub. Lakin sosial müavinatların ödənişi ilə bağlı əlavə mənbələr hələki nəzərdə tutulmayıb. Nazirlər Kabinetinin qərarı, yaxud Prezidentin fərmanı ilə əlavə tədbirlər planı təsdiqlənə bilər. Ümumilikdə isə pandemiya ilə bağlı sosial müavinatların ödənişi aprel və may aylarında, daha sonra isə iyul ayında həyata keçirilib. Avqust ayında da əhalinin müəyyən olunmuş bir qisminə ödənişlər edilib. İndi də sərt karantin tədbirləri artıqdca Nazirlər Kabinetinin müəyyən rayon üzrə xüsusi bir qərarı və yanaşması ola bilər”.

Ekspert biznes üçün ayrılmış əlavə paket haqqında da bildirib ki, ayrılmış büdcənin müəyyən istiqamətlər üzrə xərclənməsi nəzərdə tutulur:

“Biznes üçün ayrılmış əlavə yardım paketindən hansı istiqamətlərdə istifadə olunması hələ açıqlanmayıb. İlkin məlumatlar onu deməyə əsas verir ki, bu daha çox vergi güzəştləri şəklində tətbiq oluna bilər. Bu şəkildə tətbiq olunma normal haldır, lakin işləməyən obyektlərin qazancı az, yaxud yox dərəcəsindədir. Vergi güzəşti təklifi problemlərini kökündən həll etməsinə yardım etmir. Onların əsas problemləri icarə ödənişləri, xüsusi biznes üçün istifadə olunan kreditlərlə bağlıdır. Bu sahəyə xüsusi diqqət yetirilməlidir. Başa düşmək olar ki, hazırda hərbi vəziyyətdir, ordumuz cəbhədə çox böyük hünərlə döyüşür. Amma buna baxmayaraq iqtisadiyyat da yaddan çıxmamalıdır. Çünki qələbədən sonra iqtisadiyyat daha güclü olmalıdır. Qələbə çox bahalı nemət olacaq və bu qələbənin bizə verdiyi üstünlüyü həyata keçirmək üçün infrastruktur layihələrinə, böyük investisiyalara, iqtisadi gücə və potensiala malik olmaq əsasdır. İndidən bununla bağlı müəyyən addımların atılması yaxud düşünülməsi yaxşı olardı”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button