Şəhidin anım günündə məyus edən MƏNZƏRƏ: Oğlunun şəkli olan tortu önündə çarəsiz görünən ANA – FOTO

44 günlük müharibənin zəfərini biz canı-qanı bahasına düşmən ilə üz-üzə savaşan igidlərimizin sahəsində qazandıq. Torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi yolunda şəhid olan igidlərimiz ilə bağlı atılacaq hər bir addım dəfələrlə düşünülüb daha sonra həyata keçirilməlidir. Çünki millət olaraq biz azərbaycanlılar torpaq uğrunda savaşlarda qələbə sevincini yaşadan şəhid və qazilərimizin dəyərini bilir onların ad və ləyaqətlərinin qorunması üçün əlimizdən gələni əsirgəməməliyik.
Kaim.az xəbər verir ki, söhbət Suraxanı rayonunda 21 yaşında şəhidlik zirvəsinə ucalmış leytenant Əliyev Samir Əliheydər oğlunun doğum günü qeyd edilib. Şəhidin ad günündə onun şərəfinə salınan parkın və inşa edilən bulağın açılış mərasimi keçirilib.
Açılış mərasimində icra başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, şəhid anaları, 55 saylı tam orta məktəbin pedaqoji və şagird heyəti, Samir Əliyevin hərbçi yoldaşları iştirak ediblər.
Mərasimdə tort nümayiş etdirilib. Sanki kreativ fikir kimi tortun üzərinə şəhidimizin fotosu vurulub. Ən dəhşətli məqam isə odur ki, tortu kəsmək üçün həmin şəhidin anasının əlinə bıçaq verib yanan qəlbini daha da alovlandırıblar. Sürətli sosial şəbəkələrdə yayılan bu fotoya haqlı və düzgün olaraq insanlar etiraz ediblər.
Məsələ ilə bağlı Suraxanı RİHBA-dan açıqlama cəhdimiz uğursuz olsa da mövzunu diqqətdə saxlayacayıq. Unutmayaq ki, şəhidlərimiz ilə bağlı şou hazırlayıb gündəm olmaq qəbuledilməzdir. Onlar ilə bağlı hər hansı bir məsələyə cəmiyyətdə hər bir fərd qayğı ilə yanaşıb diqqətdən kənar qoymamalıyıq.
Mənbə
KAİM.AZ